...

Azərbaycanın vergi orqanlarına işə qəbul üzrə test imtahanı keçiriləcək

Cəmiyyət Materials 2 May 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə mayın 3-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Trend -a TQDK-dan məlumat verilib.

Məlumata əsasən, imtahanda iştirak etmək istəyən 272 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vergilər Nazirliyi tərəfindən 2529 sualdan ibarət test toplusu əvvəlcədən çap olunaraq namizədlərin istifadəsinə verilib.

İmtahanda namizədlərə müvafiq sahə bilikləri üzrə (hüquq və ixtisas) təqdim olunacaq 80 sual həmin sual bankından seçiləcək. Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar.

İmtahanın nəticələri həmin gün TQDK və Vergilər Nazirliyinin internet saytında yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti