Azərbaycan, Bakı, 02 may / Trend , müxbir K.Zərbalıyeva/ Daxili İşlər Nazirliyi əməkdaşları pornoqrafik filmlərin yayımı və nümayişini təşkil etməkdə günahlandırılan Bakı şəhər sakinini həbs edib.
DİN-in mətbuat xidmətinin cümə günü yaydığı məlumatda qeyd olunur ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keşirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu Z.Xəlilov küşəsindəki "Tacir" internet klubunda pornoqrafik filmlərin yayımını və nümayişini təşkil etməkdə təqsirləndirilən İlkin Hüseynov saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.
Baş Prokurorluq isə CM-nin uşaq pornoqrafiyası ilə bağlı pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutan 242-ci maddəsi ilə mayın 1-də cinayət işi başlayıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]