...

Azərbaycan yığma komandası braziliyalı məşqçi ilə ilkin razılığa gəlib

Cəmiyyət Materials 3 May 2008 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasına rəhbərlik edəcək braziliyalı məşqçi Qustavo Enrike Silva ilə ilkin şifahi razılığa gəlinib. "Qarşıdakı həftənin Bazar ertəsi , ya da çərşənbə axşamı mətbuat konfransı keçirib, braziliyalı məşqçi ilə müqaviləni rəsmiləşdirəcəyik",- şənbə günü Trend a Azərbaycan Çimrəlik Futbolu Federasiyasının (AÇFF) baş katibi Ceyhun Xəlilbəyli deyib.

Qustavodan əvvəl yığma komandaya Bəhram Hətəmov rəhbərlik edib. Braziliyalı məşqçi Azərbaycandan əvvəl Rusiya, Braziliya, Portuqaliya və Bəhreyn yığma komandalarında işləyib. O, çimərlik futbolu üzrə Avropa çempionu olmaqla yanaşı, müxtəlif ölkələrin çempionatlarında da qələbə sevinci yaşayıb.

Qustavo Azərbaycana gələn ilk braziliyalı məşqçi deyil. 2003-cü ildə Azərbaycanın futbol üzrə yığma komandasına Karlos Alberto Torres baş məşqçi təyin olunmuşdu. Torres yığma komandadan Bakıda Polşa millisinə 0:3 hesablı məğlubiyyətdən sonra ayrılıb.

Çimrəlik futbolu üzrə yığma komandanın yeni baş məşqçisi futzal komandalarında da işləyib. O, həm də çimərlik futbolu üzrə FİFA-nın rəsmi təlimatçısıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti