...

Azərbaycanın cənub-qərb regionunda diabetli xəstələrin sayı 20 faizədək artıb

Cəmiyyət Materials 10 May 2008 11:12 (UTC +04:00)

Azərbaycan, Bərdə, 10 may / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın cənub-qərbində yerləşən Bərdə rayonunda bu ilin 4 ayındaşəkərli diabet xəstələrin sayı , ötən ilin müvafiq dövrü ilə müqayisədə, 20 faizə yaxın artıb. Bu barədə şənbə günü Trend -a Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib.

Azərbaycanda hazırda 51 minə yaxın diabetli xəstə qeydiyyata alınıb. Onlardan 500 nəfəri uşaq və yeniyetmədir.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırkı templə davam edərsə, 2050-ci ildə dünyada diabetli xəstələrin sayı 299 milyon nəfərə çatacaq. Araşdırmalara əsasən, hər il 218 min nəfərdə I tip diabet aşkar olunur. Onlardan 40 faizini isə, uşaqlar təşkil edir. 14 yaşadək uşaqlar arasında I tip diabetli xəstələrin sayı 77 min, 15 yaşdan yuxarı isə 119 min nəfərdir. 40-59 yaşlı 54 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Ümumiyyətlə, diabet ölümün 4-cü və 5-ci səbəblərindən biri hesab olunur. Zeynalov deyib ki, Bərdədə yanvar-aprel aylarında diabetli xəstələrin sayı 1622-yə çatıb. Ötən ilin müvafiq dövründə isə, bu rəqəm 1365 olub.

Bərdə paytaxt Bakıdan 380 kilometr cənub-qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti