...

Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası dünya çempionatına məğlubiyyətlə başlayıb

Cəmiyyət Materials 12 May 2008 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası dünya çempionatının seçmə mərhələsində keçirdiyi ilk oyunda məğlub olub. Bu barədə bazar ertəsi Trend a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) baş katibi Ceyhun Xəlilbəyli məlumat verib.

Azərbaycan yığma komandası dünya çempionatının seçmə mərhələsinin Avropa zonasının C qrupunda mübarizə aparır. Çimərlik futbolu üzrə yığma komanda İtaliya millisi ilə oyundan 2: 4 hesablı məğlubiyyətlə ayrılıb.

İspaniyanın Benidorm şəhərində keçirilən yarış mayın 11-də başlayıb və sabah başa çatacaq.

Azərbaycan yığma komandasının yer aldığı qrupda İtaliyadan başqa Norveç və Yunanıstan milliləri də mübarizə aparır.

Yığma komanda bu gün Norveçin çimərlik futbolçuları ilə qarşılaşacaq.

Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının baş məşqçisi braziliyalı Qustavo Enrike Silvadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti