...

TFF nümayəndələri Azərbaycanın ən böyük stadionunu baxışdan keçiriblər – stadion direktoru

Cəmiyyət Materials 15 May 2008 11:26 (UTC +04:00)
TFF nümayəndələri Azərbaycanın ən böyük stadionunu baxışdan keçiriblər – stadion direktoru

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın Tofiq Bəhramov adına Respublika stadionu Türkiyənin futbol üzrə Superkubok oyununu qəbul etməyə hazırdır. "Təxminən on gün əvvəl Türkiyə Futbol Federasiyasının nümayəndələri Bakıya gəlib stadionumuzla tanış oldular. Stadionun qazonu, ümumiyyətlə, burdakı şərait onları tam qane etdi", cümə axşamı Trend a Bəhramov adına stadionun direktoru Akif İsmayılov deyib.

Türkiyə Superkoboku uğrunda oyun "Qalatasaray"la "Kayserispor" klubları arasında oynanılacaq. Bu oyun avqustun 17-də keçiriləcək.

İsmayılov deyib ki, Türkiyə Futbol Federasiyası (TFF) Superkubok oyununun Azərbaycanda keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərarı mayın sonlarınadək verəcək. "Stadionumuzun qazonu çox yaxşı vəziyyətdədir. Amma ola bilsin ki, bu oyuna kimi arenada müəyyən təmir işləri apardıq" - deyə stadion direktoru əlavə edib.

Türkiyə Superkubokunun oyunları əvvəllər Almaniyada keçirilib. İndiyə kimi hansısa ölkənin klubları Azərbaycanda belə oyun keçirməyib.

Azərbaycanda "Qalatasaray" klubunun minlərlə azarkeşini özündə birləşdirən fanklubu fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti