...

Samir – Elnur dueti "Eurovision-2008" müsabiqəsində zalda əyləşən tamaşaçıların alqışlarına səbəb oldu

Cəmiyyət Materials 21 May 2008 03:24 (UTC +04:00)
Samir – Elnur dueti "Eurovision-2008" müsabiqəsində zalda əyləşən tamaşaçıların alqışlarına səbəb oldu

Azərbaycan, Bakı, 21 may/ Trend / Azərbaycanı "Eurovision-2008" musiqi müsabiqəsində təmsil etmiş Samir Cavadzadə - Elnur Hüseynov dueti "Day after day" mahnısı ilə çıxış etdilər.

Bu Azərbaycanlı nümayəndələrin "Eurovision-2008" müsabiqəsini fəth etmək yolunda atılan ilk addım idi.

Müsabiqədə Qövhər Həsənzadənin mahnısı ingilis dilində ifa olunmuşdur. Yeddinci çıxış edən Samir və Elnur zalda əyləşən tamaşaçıların alqışlarına səbəb oldular.

Qeyd edək, ki bu il "Eurovision" rekord həddə çatan çox saylı iştrakçıları yığdı - Belqrad şəhərinə 43 ölkədən musiqiçilər gəlmişdir.

Samir və Elnurun hansı yeri tutacağı topladıqları səslərdən asılı olacaq.

Xəbər lenti

Xəbər lenti