Azərbaycan, Bakı, 21 may /müx. TrendLife Eldar Hüseynzadə/
Dövlət Film Fonduna xaricdə filmlərə çəkilmiş yerli aktyorların Atamolla Rzayevin və Əhməd Qəmərlinskinin maraqlı fotoşəkilləri daxil olub. Bu haqda TrendLife-a film fondunun direktoru Cəmil Quliyev xəbər verib. Onun sözlərinə görə ən maraqlısı "1919-cu İl"filmindən olan şəkillərdir. Həmin filmdə Atamolla Rzayev və Əhməd Qəmərlinski çəkilib. Trouberq filmin rejissoru olub. Onlardan biri filmdə Mircəfər Bağırov obrazını yaradıb. Bu nadir şəkilləri film fonduna Atamolla Rzayevin oğlu Eldəniz Rzayev təqdim edib.