...

Azərbaycanın "İçəri şəhər" tarixi memarlıq kompleksi Olimpiya oyunlarının mədəniyyət proqramına salınıb

Cəmiyyət Materials 21 May 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "İçəri şəhər" tarixi memarlıq kompleksi Olimpiya oyunlarının mədəniyyət proqramına salınıb. Bu barədə çərşənbə günü Trend -a Azərbaycanın Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

2016-cı ildə keçiriləcək Olimpiadanı qəbul etmək istəyən namizəd şəhərlərdən olan Bakının bu nəhəng turnirə hazırlığı üçün təşkilat komitəsi yaradılıb. "Bakı-2016" Təşkilat Komitəsi "İçəri şəhər" tarixi memarlıq obyektini özünün Olimpiya oyunları ilə bağlı proqamına daxil edib.

"İçəri şəhər"in Olimpiya oyunlarının proqamına salınması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri ilə görüşündən sonra Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov bildirib.

Bakı ilə yanaşı, 2016-cı ildə keçiriləcək Olimpiadaya ev sahibliyi etmək istəyən altı şəhər var. Çikaqonun şansları daha yüksək qiymətləndirilir.

Səkkiz il sonra keçiriləcək Olimpiadayla bağlı Azərbaycan tərəfi Bibiheybət neft yatağının yerində idman şəhərciyinin salınması haqda qərar çıxarıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti