...

"Eurovision-2008" müsabiqəsi finalçılarının ikinci qrupu müəyyənləşdirilib

Cəmiyyət Materials 23 May 2008 04:01 (UTC +04:00)
"Eurovision-2008" müsabiqəsi finalçılarının ikinci qrupu müəyyənləşdirilib

Azərbaycan, Bakı, 23 may / Trend / Belqradda "Eurovision-2008" müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. Burada Ukrayna, Xorvatiya, Danimarka, Bolqarıstan, Portuqaliya, İsveçrə, Makedoniya, İslandiya, Kipr, Latviya, Belarus, Macarıstan, Albaniya, İsveç, Türkiyə, Litva, Gürcüstan, Çexiya və Malğta mübarizə aparıblar.

Səsvermə nəticəsində finala Ukrayna, Xorvatiya, Albaniya, İslandiya, Gürcüstan, Danimarka, İsveç, Latviya, Türkiyə və Portuqaliya vəsiqə qazanıblar.

Finalçıların ilk qrupuna Azərbaycan, Rusiya, Polşa, Yunanıstan, Finləndiya, Rumıniya, Bosniya və Herseqovina, Norveç, İsrail və Ermənistan daxil olublar.

Azərbaycanı "Eurovision-2008"-da Samir Cavadzadə və Elnur Hüseynov Day after day mahnısı ilə təmsil edirlər.

Müsabiqənin şərtlərinə əsasən qalib telefon və sms səsverməsi nəticəsində müəyyənləşdirilir. Bu il provayderlər anlaşıblar ki, müsabiqə zamanı bir nömrədən 20 dəfədən çox səs vermək olmaz.

İlk dəfə "Eurovision-2008" müsabiqəsi 1956-cı ildə keçirilib. O vaxt müsabiqədə 7 dövlət iştirak edib.

Xəbər lenti

Xəbər lenti