Azərbaycan, Bakı, 23 may /müx. TrendLife Eldar Hüseynzadə/
Cəfər Cabbarlı kinostudiyasının korpuslarından birinin təmir işləri başa çatmaq üzrədir. Plana əsasən kinostudiya hissə-hissə təmir olunacaq. TrendLife-ın verdiyi xəbərə görə, hazırda İngiltərədən, Almaniyadan, Rusiyadan qurğular gətirilir. Bu il özünün 85 illiyini qeyd etməyə hazırlaşan kinostudiya, təmirdən sonra dəyişiləcək, beynəlxalq standartlara cavab verəcək.