Azərbaycan, Bakı, 23 may /müx. TrendLife Cavid Osmanov/
İntiqam Kərimov hesab edir ki, Azərbaycanda rok yoxdur. "Azərbaycanda rok 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində olub. Həmin illərdə rokla məşğul olan uşaqların adlarını çəkməyə ehtiyac yoxdur. Azərbaycanda rok ölüb, onun qayıdışını gözləməyə dəyməz. İş ondadır ki, rokla toy aparıb, para qazanmaq olmaz. İnanın, əgər 500 min dollar pulum olsa, rok qrupu məktəbini yaradardım. Bax, onda rok doğurdan da yenidən meydana gələrdi, canlanardı. Nüfuzlu insanlara üzümü tutub, xahiş etmək istərdim ki, roku diqqətsiz qoymasınlar".