...

Azərbaycanın "Neftçi" klubu bolqarıstanlı futbolçunu heyətinə dəvət edib

Cəmiyyət Materials 26 May 2008 16:47 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubu bolqarıstanlı futbolçunu heyətinə dəvət edib

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan Bakının "Neftçi" klubu heyətini gücləndirməyə xaricdən oyunçular dəvət edib. "Bolqarıstanlı futbolçu Marko Dafçev bu gün klubumuzun düşərgəsinə gələcək. Onunla üç illik müqavilə bağlamağı nəzərdə tutmuşuq. Yaxın günlərdə daha bir neçə əcnəbi oyunçu da "Neftçi"yə gələcək", - bazar ertəsi Trend -a "Neftçi" klubunun vitse-prezidenti Ramin Musayev bildirib.

Dafçev yarımmüdafiəçi mövqeyində çıxış edir.

Vitse-prezidentin dediyinə görə, yeni gələnlərlə yanaşı, komandanı tərk edən futbolçuları da müəyyən edilib. "Ramin Quliyev, Ramazan Abbasov, Aqil Məmmədov, Ramal Hüseynov və Markus Fereyra növbəti mövsümdə klubumuzda çıxış etməyəcəklər" - deyə Musayev əlavə edib.

Hüseynov və Fereyranın klubla müqaviləsi olduğundan, onlar transferə çıxarılacaqlar. Digər üç futbolçu isə, "Neftçi"dən azad oyunçu kimi ayrılacaqlar.

Bir neçə gün əvvəl "Neftçi" rəhbərliyi təcrübəli qapıçı Hüseyn Məhəmmədovu da komandadan uzaqlaşdırıb.

Musayev bildirib ki, komandaya bu ilin qışında qoşulan Estoniyadan olan legioner futbolçu Dmitri Kruqlova yeni - iki illik müqavilə bağlamaq təklifi irəli sürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti