...

Futbol üzrə Azərbaycan yığması yoldaşlıq görüşündə Bosniya və Herseqovina millisinə məğlub olub

Cəmiyyət Materials 2 İyun 2008 07:02 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığması yoldaşlıq görüşündə Bosniya və Herseqovina millisinə məğlub olub

Azərbaycan, Bakı, 2 iyun / Trend / Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığması özünün ilk rəsmi matçını keçirib. Futbolçularımız Bosniya və Herseqovina millisi ilə qarşılaşıblar. Həmin oyunda fortuna rəqibimizin üzünə gülüb. Minimal hesabla bitən matçda yeganə qolun müəllifi Nikoliç (73 dəq.) olub.

Qeyd edək ki, bu oyunda rəqibin əsas heyəti iştirak etməyib. İş ondadır ki, hazırda Bosniya və Herseqovina yığmasında böhran yaşanır. Bu səbəbdən yığmanın əsas oyunçuları Azərbaycanla matça gəlməkdən imtina etmişdilər.

Xəbər lenti

Xəbər lenti