...

Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğunun idarə olunması sahəsində Protokol imzalanıb

Cəmiyyət Materials 5 İyun 2008 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğunun idarə olunması sahəsində Protokol imzalanıb.

Sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun Türkiyəyə rəsmi səfəri çərçivəsində qəbul olunub.

Sənədi Türkiyənin Dövlət naziri Murat Başesgioğlu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov imzalayıb.

"Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq" Protokoluna əsasən, tərəflər qarşılıqlı səfərlərin təşkili və əməkdaşlıq əlaqələrinin qurulması, dövlət qulluğunun idarə olunmasının öyrənilməsi və təhlili, dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsinə yönələn təlim kursları və seminarların təşkil ediməsi sahəsində razılığa gəliblər.

Bu il mayın 22-də Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yuşşenkonun iştirakı ilə "Ukrayna Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında dövlət qulluğunun inkişafı sahəsində əməkdaşlıq haqqında" saziş imzalanıb.

Dövlət Komissiyasının sədri iyunun 2-4-də Türkiyədə rəsmi səfərdə olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti