...

Azərbaycanlı avarçəkən dünya kubokunun finalına vəsiqə qazanıb

Cəmiyyət Materials 5 İyun 2008 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın avarçəkmə üzrə yığma komandasının üzvü Valentin Demyanenko dünya kubokunun final mərhələsinə vəsiqə qazanıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.

Macarıstanın Zeqed şəhərində keçirilən yarışda azərbaycanlı idmançı avarçəkmənin kanoe növü üzrə 200 metr məsafəni 41,018 saniyəyə qət edərək, səkkiz iştirakçı arasında birinci olub. Azərbaycan yığmasının digər üzvü Aleksandr Kasatkin isə, 43,343 saniyə nəticə ilə səkkiz idmançı arasında beşinci yeri tutub. Yarışın reqlamentinə əsasən, Demyanenko doqquz idmançının mübarizə aparacağı final mərhələsinə vəsiqə qazanıb.

Azərbaycanın avarçəkənlərdən ibarət yığma komandasına baş məşqçi Vasili Kovbanovski rəhbərlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti