...

Azərbaycanın iki KİV-i arasında məhkəmə çəkişməsi başlayıb

Cəmiyyət Materials 9 İyun 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun/ Tr , müxbir E.Babayev/ Bu gün Binəqədi rayon məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə ANS Müstəqil Yayım və Media Şirkətinin "Yeni Müsavat" qəzetinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. "İclasda iddiaçı tərəf öz mövqeyində qaldı və biz də öz etiraz məktubumuzu məhkəməyə təqdim etdik", - deyə bazar ertəsi Trend -a "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan iclasdan sonra bildirib.

Trend -un arayışı: ANS-in məhkəməyə müraciət etməsinə "Yeni Müsavat" qəzetinin 13 may tarixli sayında dərc olunmuş "Hərbi nazir aparat rəhbərinə qarşı" başlıqlı məqalə səbəb olub. Məqalədə iddia edilib ki, "Dadlılar" makaron fabriki ANS şirkətinə yaxındır və bu makaron ordunun şəxsi heyəti, həmçinin hərbi məktəblərin müdavimlərinin qida rasionuna daxildir. İddiaçı tərəf buna etiraz olaraq məhkəməyə müraciət edib və ANS "Yeni Müsavat"dan 60 min manat təzminat istəyir.

Ayxan bildirib ki, hakim tərəfləri dinlədikdən sonra məhkəmə baxışını iyulun 14-nə təyin edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti