...

Ümid edirəm ki, Zaur möhürü üstümdən silinəcək-xalq artisti Fəxrəddin Manafov

Cəmiyyət Materials 9 İyun 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Fəxrəddin Mananfovun "Hökümdarın taleyi" filmində yaratdığı İbrahim xan obrazı uzun müddət tamaşaçsıların yaddaşlarından silinməyəcək. Hətta o, "Şərq-Qərb" festivalında "Ən cəsarətli obraz" mükafatına layiq görülüb. "İstərdim ki, Zaur möhürü üstümdən silinsin. Uzun müddət məni Zaur çağırırdılar. Ümid edirəm ki, "Hökümdarın taleyi" filmindən sonra tamaşaçıların fikri dəyişiləcək. Məni artıq İbrahim xan kimi qəbul edəcəklər.

Aktyor başqa tarixi qəhrəmanların obrazını yaratmaq arzusunda olduğunu söylədi. "Haqverdiyevin "Məhəmməd xan Qacar" əsəri çox xoşuma gəlir. O, bu əsəri çox gözəl yazıb. Həmin əsərdə məhz Məhəmməd xan Qacarı oynamaq istərdim. Təssüf ki, bu bir sıra səbəblərdən mümkün deyil. Başqa tarixi qəhrəmanları da oynamaq istərdim, lakin bu sirr olaraq qalsın".

Xəbər lenti

Xəbər lenti