...

Azərbaycanlı pianoçular İtaliyada ikinci yerə layiq görüldülər

Cəmiyyət Materials 10 İyun 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Azərbaycanlı pianoçular, Bakı Musiqi Akademiyasının dosenti Kəmalə Neymanova, Nərgiz Əliyarova, İtaliyanın Caç del Kolle şəhərində keçirilən Beynəlxalq musiqili müsabiqədə ikinci yerə layiq görüldülər. Bu haqda TrendLife-a K. Neymanova xəbər verib. "Biz kamera ansamblların müsabiqəsi çərçivəsində fortepiano dueti kimi çıxış etdik. Mosartın, Şopenin, Bramsanın, Arif Məlikovun əsərlərini ifa etdikdən sonra 94 ball verib, gümüş medalla təltif etdilər".

Maraqlısı isə budur ki, birinci yerə layiq görülmək üçün cəmi bir ball çatmayıb. Birinci yerə Yunansıtan, üçüncü yerə isə İtaliya və Estoniyadan olan musiqiçilər layiq görülüb.

.

Xəbər lenti

Xəbər lenti