...

Azərbaycanın futbol klubunun baş məşqçisi ukraynalı futbolçuları bəyənib

Cəmiyyət Materials 10 İyun 2008 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının iştirakçısı olan Yevlaxın "Karvan" klubu ukraynalı futbolçularla güclənəcək. "Bir neçə gün Ukraynada oldum və birinci dəstənin oyunlarını izlədim. Bəyəndiyim futbolçular var və bu barədə klub rəhbərliyinə məlumat vermişəm", -deyə çərşənbə axşamı "Trend-News"a klubun baş məşqçisi Yunis Hüseynov məlumat verib.

Yunis Hüseynov "Karvan" klubuna yanvar ayında, Bakının "Standard" klubundan gəlib.

Hüseynov seçdiyi oyunçular haqda klub rəhbərliyinə məlumat veridiyini və artıq transfer danışıqlarının başlandığını qeyd edib. Mövsüm bitən kimi heyətindən birdən-birə 19 futbolçunu kənarlaşdıran "Karvan" komandası göndərilən futbolçuların əvəzinə oyunçu axtarır. baş məşqçi bu məqsədlə Ukraynaya futbolçu axtarmağa getmişdi.

"İzlədiyim oyunlarda bir neçə futbolçunun oyununu bəyəndim. Onlar bizim çempionatımızda yaxşı çıxış etmək gücündədirlər. Siyahını klub rəhbərliyinə təqdim etmişəm. Artıq danışıqlara da start vermişik".

Əcnəbi futbolçuların transferi ilə kifayətlənmək niyyətində olmayan Hüseynov yerli oyunçularla da maraqlandıqlarını qeyd edib. Mövsümü Sumqayıtın "Gənclərbirliyi" komandasında başa vurmuş yarımmüdafiəçi İsmayıl Məmmədovun "Karvan"a keçəcəyi haqda heç bir məlumatı olmayan Hüseynov bu xəbərin doğru olmadığını əlavə edib.

Hüseynovun başçılığı altında "Karvan" komandası 2006-cı ildə ölkə çempionatının gümüş medalına sahib çıxıb. Bir neçə ay sonra UEFA kubokunda iştirak edən komanda uğur qazanaraq, 2-ci mərhələyə adlamışdı.

"Karvan" komandası son mövsümü turnir cədvəlinin 11-ci pilləsində başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti