Azərbaycan, Bakı, 16 iyun/ Trend / Stade de Geneve stadionunda Cenevrədə (İsveçrə) Avro-2008 üçüncü tur qrupp oyunları çərçivəsində Türkiyə və Çex yığmaları arasında oyun baş tutdu. A qrupunu təmsil edən hər iki komanda eyni miqdarda xal toplamışdılar.
Türklərin baş məşqçisi Fatih Kərim oyuna iki hücumçu göndərmişdir ї Nixat Kahverçi (8 nömrəli oyunçu, kapitan) və Semix Sentürkü (9 nömrəli oyunçu).
Çex yığmasının baş məşqçisi Karel Brunkner öz növbəsində rəqiblərinə qarşı bir hücumçu çıxartmışdır ї Yan Kolleri (9 nömrəli oyunçu).
Çex yığmasının qapılarını muasirliyin ən yaxşı qapıçısı Peter Çex qoruyurdu. Komandanın kapitanı Tomaş Uyfayluşi təyin olunmuşdur.
34-cü dəqiqədə soldan ötürmə alan Yan Koller türkiyəli qolkiperin qapısına topu vurdu və beləliklə hesabı açdı 1:0.
İkinci qolu 62-ci dəqiqədə yarım müdafiəçi Yaroslav Plaşil vurdu.
Oyunun birinci yarsı Çex yığmasının aktivliyi ilə yadda qaldı. Fatih Kərimin yetirmələri əkshücumda oynamağa çalışırdılar, lakin bir şey alınmadı. Çexlərdə ən aktiv Kodler idi və bundan istifadə edərək onunla birlikdə oynayan çexlər topu ona ötürürdülər.
75-ci dəqiqədə türklərin yarım müdafiəçisi Arda Turan Piter Çexin qapısına qol vurdu.
86-cı və 89-cu dəqiqələrdə Nixat Kahverci dubl edərək komandasına qələbə gətirdi.
Qeyd edək ki, oyunun əlavə olunmuş dəqiqələrində hakim Peter Froydfelğd Volkan Dəmirələ qırmızı vərəqə göstərdi. Qapıçı dərhal əvəz olundu.
Beləliklə, Türkiyə yığması Avropa çempionatının dörddə bir finalına çıxdı.