...

Ruhi Türkiyə səfərinə hazırlaşır

Cəmiyyət Materials 17 İyun 2008 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /müx. TrendLife Günel Əhmədova

"Best Model of the Azerbaijan"ın bu ilki prezidenti Ruhi Türkiyə səfərinə hazırlaşır. Müsabiqənin kordinatoru Nəzakət Hacıyevanın TrendLife-a bildirdiyinə görə, təklif onlara "Best Model of the World"ün prezidenti Erkan Özərmandan gəlib. Xəbərdə bildirilir ki, iyunun 21-də Türkiyənin ünlü simalarından birinin restoran açılışı olacaq və burada dünyanın 4 tərəfindən tanınmış insanlar qonaq kimi iştirak edəcəklər. Adı açıqlanmayan Fransanın məşhur müğənnilərindən birinin də gecəyə dəvət olunduğu deyilir. Ruhi xanımla birgə səfərə hazırlaşan Nəzakət Hacıyeva gecədə moda sektorunda tanınmış insanların iştirak edəcəyini bildirdi. Erkan bəyin dəvətlisi olan Ruhi xanım haqqında və onun rəhbərlik etdiyi müsabiqə ilə bağlı artıq türkiyəli modaçılara məlumatlar verilir. Səfər zamanı onların bir araya gələcəyi istisna edilmir.

Söhbəti zamanı Nəzakət xanım bildirdi ki, hazırda "Best Model of the Azerbaijan" ın anonsları yığılır. Bir neçə gündən sonra efirə gedəcək anonslardan seçim günlərinin tarixi elan olunacaq. Qeyd edək ki, özünü müsabiqədə sınamaq istəyən iştirakçılara bu şans iyulda veriləcək.

Xəbər lenti

Xəbər lenti