...

Azərbaycanda polis icazəsiz aksiya keçirən partiya nümayəndələrini saxlayıb

Cəmiyyət Materials 17 İyun 2008 12:51 (UTC +04:00)
Azərbaycanda polis icazəsiz aksiya keçirən partiya nümayəndələrini saxlayıb

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında keçirdiyi aksiya zamanı saxlanılanlar Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar.

Bölmədən çərşənbə axşamı Trend -a bildirilib ki, aksiyada saxlanılan şəxslərin dəqiq sayı bəlli deyil və onalra qarşı hələlik bir tədbir görülməyib.

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında bu gün piket keçirməyə cəhd edib.

Polis aksiyaçıları metronun "İçərişəhər" stansiyası qarşısında zərərsizləşdirərək, onların meriyanın qarşısına toplaşmasına imkan verməyib. Polis bir neçə nəfəri, o cümlədən "Yeni Müsavat" qəzetinin əməkdaşı Əfqan Muxtarlını saxlayıb.

Lakin aksiyaçıların bir qrupu BŞİH-in binası qarşısına doğru hərəkət edə bilib. Polis həmin aksiyaçıları da saxlayıb.

Aksiya iştirakçıları piketin qətnaməsini paylamağa nail olublar. Qətnamədə hakimiyyət Konstitusiyanın 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq hüququnu təmin etməyə çağırılır.

Müsavat Partiyası bir neçə dəfə mitinq keçirmək üçün yer ayrılması məqsədilə BŞİH-ə müraciət edib və meriya aksiya keçirmək üçün onlara Bibiheybət qəsəbəsi ərazisində yer ayırıb. Partiya sözügedən qəsəbədə mitinq keçirməkdən imtina edib və BŞİH-i məhkəməyə verib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti