...

Mən kütləyə qarşı çıxa bilmərəm – Oqtay Mirqasımov

Cəmiyyət Materials 20 İyun 2008 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /TrendLife müx. Günel Əhmədova/

Özəl filmlərin keyfiyyətinə toxunan kinorejissor Oqtay Mirqasımov TrendLife-a bildirdi ki, bu adda ekrana çıxarılan filmlər onun zövqünə, əqidəsinə cavab vermir. Kinorejissorun fikrincə, mövzunu faciyəyə çevirən məqamlardan biri isə müğənnilərin kinoya meyil göstərməsidir. Onun fikrincə, qeyri-peşəkarın özünü böyük ekran işində sınaması və sonradan aktirsa adlandırılması acı gülüş doğurur. Bu günkü özəl filmlərin rejissor imzası altında hansı adların yazılması isə həmsöhbətimi daha çox narahat edən məqamlardandır:

"Özəl filmləri yaradan insanlara sadə bir sualla yanaşmaq istəyərdim. Onların kinodakı inkişaf prosesi harada keçib? Eyni zamanda qeyd etmək istəyirəm ki, məsuliyyət yükünü televiziya əməkdaşları da daşıyırlar. Çünki istənilən özəl film çox asanlıqla ekrana yol tapa bilir və insanların evinə qonaq olur. Ümumyyətlə, televiziya işçiləri zövq məsələsini düşünürlər, yoxsa yox? Əgər düşünürlərsə və bu filmlər televiziyanın iqtisadi marağına cavab verirsə, onda bundan da böyük səbəbkar var. O da kütlədir. Əgər reytinq göstəricisi bu cür filmlərin üzərində köklənibsə, biz adi sözlərlə heç nə edə bilməyəcəyik. O zaman daha ciddi düşünməliyik ki, gələcəyin tamaşaçısını hansı meyarlar üzərində tərbiyə etməyimizin yollarını aramalıyıq. Çünki Oqtay Mirqasımov bu cür filmlərə baxmır, hətta baxanda ürəyi bulanır, deməsi heç nəyi həll edə bilməyəcək. Mən kütləyə qarşı çıxa bilmərəm".

Özəl filmlərə münasibətini bildirən kinorejissor Eldar Quliyev öncə vurğuladı ki, istənilən sənət işinə tamaşaçı qiymət verir. Sənətçinin həmkarı haqqında və ya onun yaradıcılıq işi barədə söz söyləməsi nəticə deyil. Əgər konkret olaraq filmi tamaşaçı qəbul edirsə, deməli onun haqqında yaxşı sözlər danışmaq olar:

"Ümumiyətlə isə, özəl filmlərin çəkilməsinin əlheyinə deyiləm. Amma heç kəsin ideal film çəkə biləcəyi barədə proqnoz verməsinə, heç vaxt inanmaram. Əgər belə bir fikrə düşən olsa, çox təəssüflənərəm. Çünki çəkiləcək flimin hansı sonluqla tamamlanacağını əvvəlcədən deyə bilmərik".

Bütün dünyada özəl fimlərə marağın olduğunu vurğulayan kinorejissor bunun Azərbaycan üçün də vacib amil olduğunu söylədi. Eldar müəllimin firkincə, əslində kadr məsələsi filmlərin keyfiyyətinə təsir göstərir:

"Bizdə prodüser anlayışı hələ də yerini tapmayıb. Prodüser pul paylayan kimi başa düşülür. Əslində isə bu peşənin daşıyıcısı önəmli faktrlardandır, yəni, filmin rəhbəri sayılır. Tamaşaçının nəyi istədiyini prodüser bilir və bu xətt üzrə də filmini çəkir. Lakin dünənki və bu günkü kadrların çoxu yerlərini bilmirlər. Əvvəllər film çəkməzdən öncə həvəskar tamaşaçılarla görüş keçirilir, onların mövqeyini əvvəlcədən öyrənməyə çalışırdıq. Əksər filmlər tamaşaçı marağı üzərində çəkilib. Lakin indi ənənələr dəyişib. Rejissoru tamaşaçı fikri maraqlandırmır. Misal çəkim, əgər "Arşın mal alan" filmini tamaşaçı qəbul etməsəydi, bu günə qədər sevilməzdi. Lakin indiki kadrlar bir-birinin işini tərifləməklə məşğuldurlar. Lakin işin çəkisi barədə düşünmürlər".

"Köhnə ənənələrin bərpası nə dərəcədə mümükündür?" - sualını cavablandıran həmsöhbətim öncə bunları söylədi:

"Əvvəlcə əyalətdəki kinoteatrlar bərpa olunmalıdır. Bu, günümüzün ən aktual problemi olaraq qalmaqdadır. Film tamaşaçıya nümayiş etdirilmək üçün çəkilir. Lakin əyalətdəki tamaşaçılar bu şansdan bir qədər məhrumdurlar. Düzdür özəl filmlər bir həftədən sonra tele-kanallarda nümayişə çıxarılır. Lakin mən bunu düzgün addım hesab etmirəm. Çünki film əvvəlcə kinoteatrların ixtiyarına verilməlidir. Biz bu ənənələrlə filmin yayımını təşkil etmişik. Əvvəlcə əyalətdəki kinoteatrları gəzirdik. Filmin nümayişindən sonra tamaşaçılarla görüş keçirib, onların mövqeyini öyrənirdik. Bir müddətdən sonra film telekrana çıxarılırdı. Br neçə dəfə məsələ qaldırmışıq ki, əyalətlərdə fəaliyyətini donduran kinoteatrlar bərpa olunsun. Amma məsələ söz üzərində qalıb. Diqqət yetirsək, görərik ki, Türkiyə, Rusiya, Gürcüstan kimi yerlərdə teatrların sayı günü-gündən artır. İnsanlar mədəni həyata can atırlar. Bizdə isə əksinə, mədəniyyət ocaqlarının qapıları bağlanır. Əvəzində isə şadlıq evlərinin sayı artır. Bunun günahkarı dövlət deyil. Dövlət özü də kinoteatrların çox olmasının arzusundadır. Sadəcə olaraq bəzi imkanlı insanlar əyalətdəki mədəniyyət ocaqlarının sayını artırmağa maraq göstərməlidirlər, dövlət bu işdə ona yardımçı olacaq".

Məsələyə mövqeyini bildirən xalq artisti Həmidə Ömərova özəl filmlərlə çox az maraqlandığını bildirdi. Azərbaycanda istehsal olunan filmlərin sayının az olduğunu diqqətə çatdıran aktirsa onların əksəriyyətinə dəvət almadığını, təklif aldığı fimlərin bəzilərinə isə çəkilmədiyini söylədi. Hazır ekran işinə baxandan sonra o, düzgün addım atdığı qənaətinə gəlib. Həmidə xanımın fikrincə, filmin keyfiyyətsiz alınmasında bir nəfəri günahlandırmaq düzgün deyil. Çünki hər bir insanın üzərinə məsuliyyət düşür. Son illər ekrana çıxarılan dövlət sifarişli və özəl filmlərin əksəriyyətini izləməyən aktirsa, daha çox festivallara çıxarılan filmlərə diqqət kəsildiyini söylədi:

"Amma pessimist fikirlərdən bir qədər uzaq olaraq, demək istəyirəm ki, vəziyyət elə də gərgin deyil. Özəl filmlər müəyyən kütlə üçün çəkilir, baxılır və bir müddətdən sonra unudulur. Bunun müqabilində isə bəzi insanlar pul qazanırlar. Hər ekran işinin tarixə düşmək şansı yoxdur. Lakin son bir neçə ayda kinoda baş verən irəliləyişlər, ürəkli danışmağımız üçün əsas verir. Ümid edək ki, avdanlıqların bərpası, kinostudiyanın təmirindən sonra vəziyyət daha da yaxşılaşacaq".

Xəbər lenti

Xəbər lenti