Azərbaycan, Bakı, 23 iyun /TrendLife müx. Eldar Hüseynzadə/
Azərbaycanın görkəmli şairi, dramaturq Cəlil Məmmədquluzadənin 125 illik yubileyilə əlaqədar Naxçıvan Dövlət Musiqili Komediya Teatrının səhnəsində dövlət sifarişi ilə "Araz çayı üzərindən qalxan Günəş" tamaşası qoyulacaq. Bu xəbəri TrendLife-a mədəniyyət və turizm nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib. Bundan əlavə yubileylə əlaqədar C. Məmmədquluzadənin əsərlərinin monoqrafiyası buraxılacaq. C. Məmmədquluzadənin yubileyi prezident İlham Əliyevin 2008-ci il 31 yanvar tarixli xüsusi sərəncama müvafiq olaraq keçiriləcək.