...

Azərbaycanlı güləşçi dünya çempionatının qalibi olub

Cəmiyyət Materials 25 İyun 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir R.Ergün/Azərbaycanın yunan-roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandasının üzvü Nicat Muradov Latviyanın Dauqavpils şəhərində keçirilən dünya çempionatın qalibi olub. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı güləşçi 50 kq çəki dərəcəsində mübarizə aparıb. 85 kq çəki dərəcəsində yarışan Aslanbek Alborov ikinci yeri tutub. Yunan-roma güləşi üzrə yığma komandanın digər üzvü - N 58 kq çəki dərəcəsində mübarizə aparan Hacıyev üçüncü olub. Azərbaycan yığma komandasının üzvləri bu gün axşam digər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Azərbaycanlı güləşçilər Bakıda keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran -Pri turniri" ndə də iştirak edəcəklər. İyunun 27-də başlayacaq beynəlxalq turnir İdman Oyunları Sarayında keçiriləcək. Turnirdə Azərbaycanın 27 güləşçisi qüvvəsini sınayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti