...

Azərbaycanlı gimnastların beynəlxalq turnirdəki çıxışları uğurlu olmayıb

Cəmiyyət Materials 27 İyun 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanlı gimnastlar Bolqarıstanda keçirilən beynəlxalq dərəcəli turnirdə elə də uğurlu çıxış etməyiblər. Bu barədə cümə günü Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı gimnast Bahar Əsgərova 1997-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda 27-ci yeri tutub. Çoxnövçülükdə çıxış edən idmançı bu nəticəni 40 gimnast arasında əldə edib. Azərbaycanı 1998-2000-ci il təvəllüdlü gimnastlar arasında isə Nahidə Əhmədli ilə Aynur Mustafayeva təmsil edib. Mustafayeva 49 gimnast arasında 32-ci, Əhmədli isə 34-cü olub. Hər iki idmançı çoxnövçülükdə qüvvəsini sınayıb.

Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 16 ölkənin gimnastları mübarizə aparıblar.

Xəbər lenti

Xəbər lenti