...

Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının heyəti açıqlanıb

Cəmiyyət Materials 30 İyun 2008 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın Avropa Liqasında mübarizə aparacaq çimərlik futbolu üzrə yığma komandasının heyəti açıqlanıb. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası iyulun 4-də Avropa Liqasında Fransa millisi ilə görüşəcək. Fransada keçiriləcək oyunda Azərbaycan yığmasının heyətində peşəkar futbolçular da çıxış edəcəklər. Bunlar Zeynal Zeynalov, Hikmət Bağırov və Abuzər İbrahimovdur. Ümumilikdə Fransa ilə oyunun iştirak ərizəsinə 12 futbolçunun adı daxil edilib.

Avropa Liqasında səkkiz ölkənin yığma komandası iştirak edəcək. Azərbaycan yığmasının yer aldığı B qrupunun oyunları iyulun 4 -dən 6 -dək keçiriləcək. Azərbaycanlı çimərlik futbolçuları Fransa komandasını məğlub edə bilsələr, yarımfinal mərhələsində Türkiyə - İngiltərə oyununun qalibi ilə qarşılaşacaqlar.

Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının baş məşqçisi Braziliyadan olan Qustavo Enrike Silvadır.

.

Xəbər lenti

Xəbər lenti