...

Azərbaycanın "Qəbələ" futbol klubuna bu gün Braziliyadan futbolçular gələcək

Cəmiyyət Materials 2 İyul 2008 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubunun düşərgəsinə bu gün Braziliyadan iki futbolçu gələcək. Bu barədə çərşənbə günü Trend -a "Qəbələ" klubunun mətbuat xidməti məlumat verib.

"Qəbələ"nin baxışa dəvət etdiyi futbolçulardan biri müdafiəçi, digəri yarımmüdafiəçi mövqeyində çıxış edir. Hər iki futbolçu komandanın hazırlıq prosesində iştirak etdikdən sonra "Qəbələ"də qalıb-qalmayacaqlarına dair qərar veriləcək.

Mətbuat xidmətinin verdiyi məlumata görə, Mingəçevirdə keçdiyi hazırlıq prosesini başa çatdıran "Qəbələ"nin Hollandiyada təlim-məşq toplanışı keçməsində problem yaranıb. Heyətdəki bəzi futbolçuların viza problemi yarandığından, komandanın Hollandiyaya təlim-məşq toplanışına getməsi sual altındadır. "Qəbələ"nin təlim -məşq toplanışını Türkiyədə davam etdirməsi nəzərdə tutulsa da, klub rəhbərliyi Antalyada otel tapa bilməyib.

"Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədovdur.

Xəbər lenti

Xəbər lenti