...

Bakı və Xəzəryanı ölkələrin yepiskopu hesab edir ki, Cənubi Qafqazda gərginlik Azərbaycandakı vəziyyətə mənfi təsir göstərə bilər

Cəmiyyət Materials 2 İyul 2008 16:28 (UTC +04:00)
Bakı və Xəzəryanı ölkələrin yepiskopu hesab edir ki, Cənubi Qafqazda gərginlik Azərbaycandakı vəziyyətə mənfi təsir göstərə bilər

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir R.Novruzov/ Bakı və Xəzəryanı ölkələrin yepiskopu hesab edir ki, Cənubi Qafqazda gərginlik Azərbaycandakı vəziyyətə mənfi təsir göstərə bilər.

Bakı və Xəzəryanı ölkələrin yepiskopu Aleksandr çərşənbə günü Bakıda jurnalistlərə bildirib ki, Dağıstan ərazisindəki vəziyyət narahatlıq yaradır.

Onun sözlərinə görə, Dağıstanın cənubundakı quldur dəstələrinin qanuna zidd hərəkətləri təşviş doğurur və bu, Azərbaycan üçün böyük təhlükə yaradır; bu hərəkətlər onun sərhədləri yaxınlığında baş verir.

"Bu bizə xoş gəlmir. Əvvəllər hadisələr Dağıstanın şimalında baş verirdisə, bu gün respublikanın cənubunda baş verir və bura Azərbaycana yaxındır. Deməli, belə qruplaşmalar ölkədəki stabilliyi pozmaq üçün, Azərbaycan ərazisində də meydana gələ bilər", - deyə yepiskop bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti