...

Bakıda bard ulduzlarının çıxışı davam edir

Cəmiyyət Materials 7 İyul 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

İdman və Gənclər Nazirliyinin dəstəyi ilə Bakıda ikinci gündür ki, IV müəllif mahnı festivalı keçirilir. Əlbəttəki, festivalın açılışı böyük güc tələb edib. Festivalın ilk günü saat 21:30-da başlayıb, səhər 7:00-a qədər Atəşgahda davam edib. Bu gün isə məhz Yuriy Loresinin adı Rəşid Behbudov adına Mahnı Teatrına soxlu sayda tamaşaçı auditoriyası toplayıb.

Nijne Novqoroddan festivala təşrif buyurmuş tanınmış bard ulduzu Andrey Ofiserov TrendLife-a Yuriy Lores haqqında bunları söyləyib. "Yuriy Lores bu gün Rusiyada ən tanınmış müəlliflərdəndir. Onun haqqında çox danışmaq istəmirəm. Məncə siz özünüz onun musiqilərini dinlədikcə hər şeyi başa düşəcəksiniz".

Yuriy özü əslən bakılıdır. Müəllif mahnıları kulubunun üzvüdür.

"Dünən ki, konsert doğurdan da unudulmazdır. Birincisi ona görə ki, festivalın ilk günü Atəşgahda təşkil olundu. Çıxışlar çox gözəl və ürəyəyatan keçdi",-açılış haqqında olan təssuratları ilə A. Ofeserev TrendLife-la bölüşdü.

On yeddi illik fasilədən sonra Yuriy ilk dəfədir ki, Bakıya gəlib. "Eşitmişəm ki, gələn il müəllif mahnı klubunun 35 illiyidir. Artıq indidən bü günü səbirsizliklə gözləyirəm. Bakıda müəllif mahnı klubunun fəaliyyəti məni çox sevindirir. Bizim hamımızı bir araya topladığına görə Cavid İmamverdiyevə dərin təşəkkürümü bildirirəm. Klub bütün dünyaya səpələnsə də buna baxmayaraq o mövcuddur",-deyən A. Ofiserev bu sözlərlə fikrini tamamlayıb.

Konserti klubun prezidenti Cavid İmamverdiyev açdı. "Mən böyük məmuniyyətlə səhnəyə əfsanəvi müğənni Yuriy Loresi dəvət edirəm".

Y. Lores doğurdan da gözəl müğənnidir. O, 70-ci illərin sonunda bir çox müəllif mahnıları festivallarının laureatı olub. 80-ci illərdə MTN-yi tərəfindən onun səhnəyə çıxışına qadağa qoyulub. Buna baxmayaraq Lores tez-tez İsraildə, Almaniyada, Kanadada, ABŞ-da qastrol səfərlərində olur. Bakı da isə ikinci dəfədir ki, musiqisevərlərini sevindirir.

Festival sabah Opera və Balet Teatrının səhnəsində davam edəcək. Bu dəfə Aleksandr Barüdinin çıxışı gözlənilir. O, bu festivalda çıxış etmək üçün Moskvadan gəlib.

Xəbər lenti

Xəbər lenti