...

"Çal-çağır" verlişi beş ildir ki, Böyük-xanımsızdır

Cəmiyyət Materials 14 İyul 2008 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /TrendLife müxbir Vüqar İmanov/

Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru Ramiz Əliyev məhz "Çal-çağır" verilişində Böyük -xanım rolu ilə hər kəsin yaddaşında qalmışdı. Ramiz Əliyev avqustun 17-də dəhşətli yol qəza hadisəsində dünyasını dəyişib. Özünün son müsahibəsini də ölümündən üç gün əvvəl vermişdi.

"Ömrümün 25 ilini aktyorluq sənətinə vermişəm. İrəvan teatrının səhnəsində çox rollar yaratmışam. Lakin Böyük xanım rolu ilə məhşurlaşmışam. Qəribədir..."

Aktyor Böyük xanım obrazına o qədər alışmışdı ki, hətta yaşını ondan soruşduqda oynaqlıqla cavab verirdi. "Nə fərqi var ki. Mən bu dəqiqə pioner rolunu da oynaya bilərəm. Ümumiyyətlə, qadından yaş soruşmazlar. Böyük xanım rolu mənim qanımdadır. Bu rolda nənəm və xalam, kəndimin bir çox qadınları təmsil olunur".

Ramiz səhnə həmkarı Dilarə Əliyevanı çox sevir və hörmət edirdi. "Mən qadınları çox sevirəm. Kişilərdən çox onlarla dostluq edirəm. Onlara daha çox inanmaq olur. Mənim üçün qadın dünyası mənim idealım olan Dilarə ilə assosiyasiya yaradır. Mən ona bütün sirrlərimi aça bilərəm. Tez-tez onunla qiybət də edirik (gülür)".

Dilarə Əliyeva aktyoru bu cür xaraktirizə etdi: "Ramiz hirsləndikdə qaç gizlən. Hər şeyi qırır, sındırır, lakin hirsi tez soyuyurdu".

Təssüf ki, Ramizin şəxsi evi yox idi. O, doğma teatrın otaqlarının birində qalırdı. Bu il noyabrın 13-də "Çal-çağır" verlişinin 10 yaşı tamam olur. Artıq beş ildir ki, bu veriliş Ramizsizdir.

TrendLife-la söhbətində "SOY" teleşirkətinin baş təşkilatçısı Oktay Əliyev akytor haqqında bunları söylədi.

"Ramizin yeri görünür. Bilsəydiniz Ramizsiz bu verlişə baxmaq neçə çətindir. Bizim Böyük xanımla böyük planlarımız vardı, amma ... Hər il avqustun 17-də İrəvan Teatrına toplaşıb, onun xatirəsini yad edirik. Çox təssüf ki, bir çoxları onu unudublar. Onu yadınıza saldığınıza görə, sizə təşəkkür edirəm".

Xəbər lenti

Xəbər lenti