...

Məhkəmə Azərbaycanın müxalifətyönlü qəzetinin jurnalistini bıçaqlayan şəxsə cəza verdi

Cəmiyyət Materials 15 İyul 2008 12:10 (UTC +04:00)
Məhkəmə Azərbaycanın müxalifətyönlü qəzetinin jurnalistini bıçaqlayan şəxsə cəza verdi

Azərbaycan, Bakı,15 iyul / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin jurnalisti Aqil Xəlili bıçaqlamaqda ittiham olunan şəxsə məhkəmə hökm oxuyub.

Çərşənbə axşamı Bakının Nəsimi rayon məhkəməsində keçirilən prosesdə Sergey Strekalin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Trend -un Arayışı: "Azadlıq" qəzetinin müxbiri Xəlil bu il martın 13-də Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə baş verən gündən Xəlil hadisənin əvvəllər "Zeytun bağı"adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənildiyini bildirib.

Baş Prokurorluğun yaydığı məlumatda isə jurnalistin qeyri-ənənəvi cinsi orentasiyaya malik şəxslər tərəfindən bıçaqlandığı bəyan edilib.

Belə ki, Xəlilin əvvəllər tanıdığı və onunla intim əlaqədə olmuş Strekalin tərəfindən bıçaqlandığı istintaqla sübuta yetirilib.

Strekalin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127.1) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub.

Jurnalistin "Zeytunlar bağı" adlanan ərazidə döyülməsi faktı ilə bağlı başlanmış cinayət işinə isə xitam verilib.

Xəlil məhkəmənin hökmünü ədalətsiz hesab edib və Strekalin tərəfindən bıçaqlanmadığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti