Azərbaycan, Bakı, 18 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/
"Bəşəriyyət tarixində xaos deyilən keçmə mərhələlər olur. Bizdə həmin problemi yaşayırıq. İçtimai quruluş dağılıb, digəri isə hələ quralmyıb, çünki biz hələ də xaos vəziyyətində yaşayırıq. Ümid edirəm ki, bu vəziyyətdən yaxın zamanda çıxa biləcəyik",-deyən B. Vəziroğlu TrendLife-ın ona ünvanladığı "nəyə görə son illər ifaçıların oxuduqları mahnıların, sözləri və musiqisi aşağı səviyyədədir"sualına cavab bildirib.
Onun fikrincə Azərbaycanda yaxşı dinləyicilər və tamaşaçılar harasa yox olublar. "Lakin onlar yavaş-yavaş qayıdırlar. Və nə vaxt ki, incəsənətə qiymət verənlərin sayı çoxalacaq, bizim mədəniyyətimiz yeni mərhələyə qədəm qoyacaq".