...

Gənclər və Turizm Nazirliyinin gənclər şəhərciyinin tikintisi üçün vəsaiti çatmır - nazir (video)

Cəmiyyət Materials 18 İyul 2008 14:44 (UTC +04:00)
Gənclər və Turizm Nazirliyinin gənclər şəhərciyinin tikintisi üçün vəsaiti çatmır - nazir (video)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir E.Əliyev/ Azərbycan hökuməti gənclər şəhərciyinin tikintisi üçün hələ də vəsait ayırmayıb.

"Gənclər və Turizm Nazirliyinin gənclər şəhərciyinin tikitisi üçün vəsaiti çatmır", - cümə günü jurnalistlərə gənclər və turizm naziri Azad Rəhimov deyib.

"Nazirliyə  tikinti üçün Hövsan qəsəbəsindəki olimpiya kompleksi yaxınlığında üç hektr sahə ayrılıb. Pul vəsaitlərinin olmaması səbəbindən, orada hələ də heç bir iş görülməyib", - nazir bildirib.

"Problemin həll edilməsi üçün qarşılıqlı faydalı şərtlərlə şirkət və ya kooperativlərin cəlb edilməsi lazımdır", - o hesab edir.

Nazirlik hələ ki şirkətləri bu layihəyə cəlb etməyə nail olmayıb, lakin axtarışlar davam etdirilir.

"Hazırda Azərbaycanda  60 minə yaxın gənc ailənin mənzil problemi var", - jurnalistlərə Rəhimov deyib. İpoteka kreditlərinin verilməsinin təkmilləşdirilməsinə toxunaraq nazir qeyd edib ki, bu, dünyada mövcud olan ən sərfəli ipoteka şərtləridir.

Xəbər lenti

Xəbər lenti