...

Azərbaycanın Mətbuat Şurası prezident seçkiləri ilə bağlı sənəd hazırlayır

Cəmiyyət Materials 18 İyul 2008 20:06 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası prezident seçkiləri ilə bağlı sənəd hazırlayır

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mətbuat Şurası qarşıdan gələn prezident seçkiləri ilə bağlı sənəd hazırlayır. "Tezliklə siyasi partiyaların rəhbərlərini və onların təsisçisi olduğu qəzetləri bir araya gətirib, etik prinsiplərə əməl etməyi nəzərdə tutan sənədin qəbulunu planlaşdırırıq", - bu barədə cümə günü Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Azərbaycanda prezident seçkisinin oktyabrın 15- də keçirməsi nəzərdə tutulur.

Amaşov vurğulayıb ki, belə bir sənədin qəbul olunmasında məqsəd seçki kampaniyası dövründə KİV-in etik prinsiplərə daha yaxşı şəkildə əməl etməsinin təmin olunmasıdır. "Xatırladım ki, 2003 - cü il prezident seçkiləri ərəfəsində biz belə bir sənədin imzalanmasına nail olmuşduq. Bu dəfə də belə bir sənəd imzalanacaq", - deyə o bildirib.

Mətbuat Şurası 2003- cü il martın 15 - də jurnalistlərin birinci qurultayında formalaşıb. Yarandığı gündən bu günədək quruma Əflatun Amaşov rəhbərlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti