...

Dövlət qulluqçularının əmək haqqı fəaliyyətlərinin nəticəsindən asılı olaraq müəyyənləşdirilməlidir - Komissiya sədri

Cəmiyyət Materials 22 İyul 2008 12:58 (UTC +04:00)
Dövlət qulluqçularının əmək haqqı fəaliyyətlərinin nəticəsindən asılı olaraq müəyyənləşdirilməlidir - Komissiya sədri

Azərbaycan, Bakı,22 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri hesab edir ki, dövlət qulluqçularının əmək haqqı fəaliyyətlərinin nəticəsindən asılı olaraq müəyyənləşdirilməlidir.

Trend -un məlumatına görə, Dövlət Komissiyasının sədri Bəhram Xəlilov çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, daha çox işləyən, daha bacarıqlı dövlət qulluqçuları daha çox əmək haqqı almalıdır.

Dünya təcrübəsində bu üsulun sınaqdan keçdiyini vurğulayan Xəlilov bunun Azərbaycanda da tətbiqini vacib sayır.

Komissiya sədrinin sözlərinə görə, Komissiyanın təşkil etdiyi müsabiqədən uğurla keçən və vakant dövlət qulluğu vəzifəsinə təklif olunmuş namizədlərdən bir qismi sonradan özəl sektorda yüksək əmək haqqı olan işdə işləməyə üstünlük veriblər.

Komissiya rəsmisi hesab edir ki, özəl sektorla müqayisədə dövlət qulluqçularının əmək haqqının azlığı səbəbindən daha savadlı və peşəkar kadrlar özəl sektorda işləməyə meylli olurlar.

Xəlilov dövlət qulluqçularının əmək haqlarının artırılması istiqamətində Komissiyanın müvafiq təkliflər hazırladığını və onların əmək haqlarının artırılacağını bildirib.

Azərbaycanda dövlət qulluğunun 6-9-cu təsnifatları üzrə dövlət qulluğuna qəbulu Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası müsabiqə yolu ilə həyata keçirir.

Həmin təsnifatlar üzrə əmək haqqının məbləği 93 manatdan 333 manatadək dəyişir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti