...

İslandiya ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycanın futbol üzrə yığma komandasının heyəti açıqlanıb

Cəmiyyət Materials 24 İyul 2008 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir R.Ergün/ Avqustun 20-də Reykyavik şəhərində İslandiya millisi ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycanın futbol üzrə yığma komandasının heyəti açıqlanıb.

Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts İslandiya ilə oyunda ümumilikdə 24 futbolçunun xidmətindən istifadə edə bilər.

Almaniyalı baş məşqçinin əvvəlki yoxlama oyunlarında dəvət göndərdiyi futbolçuların çoxu İslandiya millisi ilə görüşdə də iştirak etmək imkanı qazanıb.

Bir müddət əvvəl Bakının "Neftçi" klubundan Serbiyanın "Srvena Zvezda" komandasına transfer olunan Branimir Subaşiç də İslandiya ilə oyuna dəvət alıb.

İslandiya ilə görüşə kimi Azərbaycan yığma komandasının heyətində hansısa dəyişikliklərin olacağı mümkündür.

Azərbaycan millisinin baş məşqçisi hazırda Almaniyadadır. Onun Bakıya avqustun əvvəlində qayıdacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti