...

ABŞ səfiri Azərbaycan hökumətinə seçkiöncəsi azad mətbuatın demokratik cəmiyyətdə oynadığı rolu xatırladıb (video)

Cəmiyyət Materials 24 İyul 2008 12:15 (UTC +04:00)
ABŞ səfiri Azərbaycan hökumətinə seçkiöncəsi azad mətbuatın demokratik cəmiyyətdə oynadığı rolu xatırladıb (video)

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir E.Babayev / ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Azərbaycan hökumətinə seçkiöncəsi azad mətbuatın demokratik cəmiyyətdə oynadığı rolu xatırladıb.

"Biz dünyanın hər yerində demokratiyanın mühüm elementi olan azad, müstəqil, peşəkar və etika qaydalarına riayət edən medianın inkişafını dəstəkləyirik. Biz inanırıq ki, azad media vətənldaşların hüquqlarının əsas təminatçısıdır və azad media olmadan həqiqi azadlıq ola bilməz", - deye səfir cümə axşamı Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzi tərəfindən "Jurnalistlərin dostu" mükafatının ona təqdim edilməsi mərasimində bildirib.

"ABŞ-ı təmsil edərək "Jurnalistlərin dostu" mükafatını qəbul etmək mənim üçün böyük şərəfdir", - deyən Dersi əlavə edib ki, jurnalistlər gördüyü işə görə təhdidlərə, narahatlığa, döyülməyə, təzyiqə və ya həbsə məruz qalmamalıdırlar. "Jurnalistlərə qarşı yönələn bütün zorakılıq halları istənilən vətəndaşa qarşı olan zorakılıq halı kimi sərt qaydada mühakimə olunmalıdır", - deyə səfir bildirib.

Hazırda Azərbaycanda üəç jurnalist - "Azadlıq"qəzetinin baş redaktoru Qənimət Zahid, "Güəndəlik Azərbaycan"və "Realnıy Azerbaycan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev və "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit müəxtəlif müəddətə həbs olunublar

"Jurnalistlərin dostu" mükafatının sahibi 60 jurnalist arasında keçirilən sorğunun nəticələrinə əsasən müəyyənləşdirilib.

Sorğunun nəticələrinə əsasən, Dersi birinci yeri, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel ikinci yeri, Sərhədsiz Reportyorlar Təşkilatı isə üçüncü yeri tutub.

Xəbər lenti

Xəbər lenti