...

Gənclər son zamanlar fəal işləyirlər-əməkdar artist Elxan Qasımov

Cəmiyyət Materials 24 İyul 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Azərbaycanda yeni gənc kinorejissorların peyda olmasına heç kim inanmırdı. İş ondadır ki, son 15 ildə kinolar demək olar ki, çəkilmirdi. Əgər çəkilirdisə bu ancaq sovet dövrünün rejissoruna həvalə olunurdu. Lakin bir neçə ildir ki, vəziyyət dəyişib. Mədəniyyət və turizm nazirliyi gənc rejissorlar üçün "Bu meydan, bu ekran" adlı yeni qısametrajlı müsabiqələr yaradıb. Bu siyasətin davamı olaraq rejissor Samir Kərimova tammetrajlı çətin əsəri lentəə almaq həvalə olunub. Bu layihəyə Rüstəm İbrahimbəyov rəhbərlik edəcək. İlk növbədə gənclərə inam artıb. Çünki Azərbaycanda elə də tez-tez kinolar çəkilmir. "Azərbaycanda istedadlı gənclər çoxdur. Düzdür bir müddət boşluq var idi. Lakin indi gənclər artıq fəal işləməyə başlayıblar. Bizim yolumuzla gedirlər. Özümü artıq veteran hesab edə bilərəm. Bu çox xoşuma gəlir. Onlar elə gözəl öz işlərini görürlər ki, az qalıram onları kürəyimdə gəzdirəm". Bu sözləri TrendLife-a əməkdar artist Elxan Qasımov söyləyib. Onun sözlərinə görə, gənclər indi kinoda yeni tendensiyaları asanlıqla ayırırlar. "Onlar incəsənətin nə olduğunu yaxşı hiss edirlər".

O, həmçinin kinostudiyada fəal şəkildə S. Kərimovun işlərində kömək edir. "Əlbəttəki, mənə belə ciddi işi həvalə etdiklərinə görə dərin minnətdarlığımı bildirirəm. Lakin hesab edirəm ki, Azərbaycanda belə işə tək mən yox, digər gənc rejissorlar da layiqdirlər. Bu sırada Mikayıl Mikayılov, Asif Rüstəmov, Yusif Quliyevin adını çəkmək olar. Mənə elə gəlir ki, onlara da tammetrajlı film çəkiməyi etibar etmək olar",-deyən S. Kərimov bildirib.

Yerigəlmişkən bu Samirin ilk təcrübə işi deyil. Onun ilk işi "Sırat Körpüsü" olub. "İnanın qısametrajlı filmləri çəkmək daha çətindir. Qısa kinoformatda maksimal qısa vaxtda süjetin əsas məğzini göstərmək lazımdır. Bu elə də asan iş deyil",-S. Kərimov sözlərinə əlavə edib.

Kinorejissor Asif Rüstəmova gəlincə isə onun "Ev" filmi bir çox beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb. "Hələki, Samir Kərimova dövlət sifarişilə film çəkməyi etibar ediblər. Bu yeganə hadisədir. Artıq buzlar ərimək üzrədir. Hər il gənc rejissorlar üçün müsabiqə keçirilir. Bu çox şeydən xəbər verir",-bu sözləri TrendLife-a Asif Rüstəmov bildirib. .

Xəbər lenti

Xəbər lenti