...

Kamal Dəniz yeni film çəkir

Cəmiyyət Materials 25 İyul 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

"İlin sonuna qədər Azərbaycanda ilk dəfə olaraq "ekşn" stilində filmin çəklişinə başlayacağıq. Film "Tənha canavar" adlanacaq. Bu sözləri TrendLife-a matros, aktyor Kamal Dəniz söyləyib. Onun sözlərinə görə, bu filmdə çoxlu döyüşçü səhnələri olacaq. Beləsi Azərbaycanda hələ olmayıb. "Çox güman ki, Qarabağ müharibəsindən olan bəzi kadrlardan istifadə edəcəyik. Amma əsas hadisələr indiki vaxtda cərəyan edəcək",-deyən K. Dəniz bildirib. Filmin ssenarisi artıq hazırdır. Rejissorluq işi isə gənc rejissor Yüsif Quliyevə həvalə olunacaq. O, bir neçə beynəlxalq festivalların və müsabiqələrin qalibidir. "Əvvəla Yusifin işini çox bəyənirəm. İkincisi isə gənclərə fəal şəkildə yol vermək lazımdır. Çalışacağıq ki, işimizdə ən sox gənclərin, idmançıların, kaskadyorların diqqətini çəkək",-Kamal Dəniz sözünü başa vurub.

Xəbər lenti

Xəbər lenti