...

Azərbaycanın Gəncə şəhərində beş nəfəri gün vurub

Cəmiyyət Materials 28 İyul 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Gəncə, 28 iyul/ Trend , müxbir V. Məmmədov/ Son günlər Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar Gəncə şəhərində beş nəfəri gün vurub. Bu barədə Trend -a Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini Marina Həsənova məlumat verib.

Onun sözlərinə görə, təkcə ötən gün üç nəfərə günvarma diaqnozu ilə ilkin tibbi yardım göstrəilib. "Beş nəfər yalnız sırf günvurma diaqonzu ilə yardım alanlardır. Məlum məsələdir ki, havaların isti keçməsi ürək - damar xəstəliyindən əziyyət çəkənlərə də ciddi təsir göstərir. Son günlər çağırışların 30 faizdən çoxu günvurma nəticəsində təyziqi qalxan xəstələrədir",- deyə Həsənova bildirib.

Həsənova bildirib ki, adi günlərdə sutkada 230 -250 çağırış olurdusa, havalar isti keçəndən bəri çağırışların sayı sutkada 300 - dən çox çağırış qeydə alınıb.

O, qeyd edib ki, əmək fəaliyyəti ilə məşğul olanlar arasında yalnız bir nəfəri gün vurub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti