...

Azərbaycanın ali məktəblərinə daxil olanların siyahısı gələn həftə elan olunacaq

Cəmiyyət Materials 1 Avqust 2008 12:45 (UTC +04:00)
Azərbaycanın ali məktəblərinə daxil olanların siyahısı gələn həftə elan olunacaq

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir C.Babayeva/ 2008 -2009- cu tədris ilində Azərbaycan ali məktəblərinə daxil olanların siyahısı gələn həftə elan olunacaq.

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin cümə günü keçirilən brifinqdə verdiyi məlumata görə, TQDK ölkənin ali məktəblərinə qəbul imtahanlarının nəticələrini avqustun 6 -7- də elan edəcək.

İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək aparılacaq. Müsabiqəyə 32 mindən çox abituriyent buraxılıb. O bildirib ki, bu günədək 27200 abituriyent ixtisas seçimi aparıb və öz seçimini təsdiq edib.

2008 -2009 -cu tədris ilində Azərbaycan ali məktəblərinə qəbul imtahanlarında üçüncü ixtisas qrupu üzrə 132 abituriyent, birinci qrup üzrə 84, ikinci qrup üzrə 132 abituriyent 650 -700 bal toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti