...

Azərbaycanda qeyri-sabit hava şəraiti gözlənilir

Cəmiyyət Materials 7 Avqust 2008 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir C.Babayeva/ Bu gün axşamdan başlayaraq avqustun 10-u gündüz saatlarınadək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend -a verilən məlumata görə, temperaturun tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir və bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, əsasən gecə və axşam saatlarında lokal leysan xarakterli olacağı ehtimalı var.

Proqnoza əsasən, şimal-qərb küləyinin 15-20 m/s, avqustun 8-də isə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti