...

Azərbaycan idmançıları Olimpiya oyunlarında ilk çıxışlarını məğlubiyyətlə başladılar

Cəmiyyət Materials 10 Avqust 2008 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust/ Trend müxbir R.Ergün/ Bu gün Pekində keçirilən XXIX yay Olimpiya oyunlarında Azərbaycanın iki idmançısı ilk görüşlərini keçiribələr. Azərbaycanlı üzgüçü Oksana Hətəmxanova 100 metr məsafəyə yarışda 1 dəqiqə 10 saniyyə nəticə göstərərək sonuncu yeri tutub.

Olimpiya oyunlarında çıxış edən daha bir idmançımız, dzüdoist Ramil Qasımov da məğlubiyyətlə üzdəşib.

Pekində, avqustun 8-də start götürən Olimpiya oyunlarında Azərbaycanı 44 idmançı təmsil edir.

Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan idmançılarının hər birinə Milli Olimpiya Komitəsi tərəfindən 200 min manat, dövlət tərəfindən isə 400 min manat mükafat veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti