...

Azərbaycan və İran arasında dini dialoqların aparılması qarşılıqlı anlaşmanın inkişafında təsirli olar - Komitə sədri

Cəmiyyət Materials 11 Avqust 2008 10:52 (UTC +04:00)
Azərbaycan və İran arasında dini dialoqların aparılması qarşılıqlı anlaşmanın inkişafında təsirli olar - Komitə sədri

Azərbaycan, Bakı, 11 avqust / Trend / İranın xarici işlər naziri bəyan edib ki, İran və Azərbaycan arasında din sahəsində əməkdaşlıq yüksək səviyyədədir.

"İran və Azərbaycan arasında olan dini eynilik iki ölkə arasında dostluğun gücləndirilməsində rol oynaya bilər" - bazar ertəsi İranın xarici işlər naziri Mənuçöhr Müttəki Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ilə görüşündə bildirib. Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

İranın XİN rəhbəri bildirib ki, iki ölkə arasında sahibkarların, mədəniyyət işçilərinin, KİV nümayəndələrinin və alimlərin qarşılıqlı səfərləri iki millətin əlaqələrinin daha da möhkəmlənməsinə zəmin yaradır.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Orucov isə bildirib ki, Azərbaycan bütün sahələrdə İranla əlaqələrin genişləndirilməsini dəstəkləyir.

O əlavə edib ki, KİV nümayəndə qruplarının iki ölkəyə qarşılıqlı səfərləri iki millətin bir-birlərini yaxından tanımalarına kömək olacaq. Hər iki ölkənin paytaxtında mədəniyyət həftələrinin keçirilməsi və dini dialoqların aparılması qarşılıqlı anlaşmanın və əlaqələrin inkişafında təsirli olar - deyə Orucov bildirib.

Orucov İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatı rəhbərliyinin rəsmi dəvəti ilə 2008-ci il avqust ayının 6-da İrana rəsmi səfərə yola düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti