...

Azərbaycanlı şahmatçı Qran-Pri yarışında ikinci yeri tutub

Cəmiyyət Materials 15 Avqust 2008 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyanın Soçi şəhərində keçirilən FİDE-nin Qran-Pri yarışında ikinci yeri tutub.

Qran-Pri yarışının sonuncu turunda Ukrayna şahmatçısı Sergey Karyakinlə görüşən Rəcəbov qələbə qazanıb.

FİDE-nin Qran-Pri turnirində iştirak edən digər azərbaycanlı şahmatçı Vüqar Həşimov isə sonuncu turda rusiyalı Petr Svidlerlə görüşdə məğlub olub. Həşimov yarışı doqquzuncu yerdə başa vurub.

Qran-Pri turnirində müxtəlif ölkələri təmsil edən 14 şahmatçı mübarizə aparıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti