...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsraildən Azərbaycana həkim nümayəndə heyəti gəlib

Cəmiyyət Materials 25 Avqust 2008 19:04 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsraildən Azərbaycana həkim nümayəndə heyəti gəlib

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir İ.Əlizadə/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsrailin "Xorev" Tibb Mərkəzi Qadın Sağlamlığı İnstitutu nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində, Əzizbəyov rayonunun Zirə qəsəbəsində, Yevlax və Gəncə şəhərlərində qadınlar beynəlxalq səviyyədə ixtisaslaşmış tibbi məsləhət alacaqlar. Bu barədə bazar ertəsi Trend -a Heydər Əliyev Fondundan məlumat verilib.

Səfərin təşkilində məqsəd qadınlarda ginekoloji və onkoloji xəstəliklərin aşkar olunmasıdır. Məsləhət günlərində qadın xəstəlikləri patologiyası ilə müraciət edənləri yerli səhiyyə idarələrinin iştirakı ilə İsraildən gələn dörd professor --Avropa onkoloq həkimlər Assosiasiyasının eksperti Riva Boravik, Avropa ginekoloqları kollegiyasının büro üzvü Olqa Koqan, süd vəzlərinin ultrasəs dioqnostikası institutunun direktoru Yudit Qoldman və "Xorev" Tibb Mərkəzi beynəlxalq departamentinin direktoru Roman Barak qəbul edəcəklər.

Həkim heyəti bazar ertəsi Əzizbəyov rayonundakı Zirə qəsəbə poliklinikasında pasientləri qəbul edib. İsrailin həkimləri avqustun 27- də Yevlaxda, bir gün sonra isə, Gəncə şəhərində məsələhət günü keçirəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti