Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir
R.Ergün/ Qimnastlarımız Azərbaycanı Olimpiadada
layiqli təmsil etdilər. Bu barədə Trend -a Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti
Altay Həsənov bildirib.
"Bizim potensialımız həmişə var, sadəcə işləmək lazımdır. Allah qoysa, növbəti Olimpiadada daha da yaxşı çıxış edərik", - deyə Həsənov bildirdi.
Onun sözlərinə görə, gimnastlar final mərhələsinə vəsiqə qazanmaq üçün çox gərgin mübarizə aparmalı olublar.
Azərbaycanlı gimnastlar Pekin Olimpiadasında çıxış edərkən finala çıxıblar. Fərdi çıxış edən Aliyə Qarayeva altıncı yeri tutmaqla ən yaxşı gimnastların onluğuna düşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]