...

Avropa parlamentində Cənubi Azərbaycanın problemləri müzakirə ediləcək

Cəmiyyət Materials 27 Avqust 2008 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust/ Trend , müxbir C.Babayeva/ Sentyabrın 10-da  Brüsseldə Dünya Azərbaycanlıları Konqresi (DAK) Avropa parlamentinin iqamətgahında  Cənubi Azərbaycanın problemləri üzrə seminar təşkil edəcək, - çərşənbə günü   Trend -a DAK-ın mətbuat xidmətindən bildiriblər .

Seminarın gedişində  Cənubi Azərbaycanda və bütövlükdə İranda insan haqları, son zamanlar kutləvi xarakter daşıyan edamlar, siyasi məhbusların taleyi, İİR-də yaşayan Azərbaycan türklərinin milli problemləri geniş müzakirə  olunacaq.

Seminarın işində DAK nümayəndələrindən başqa, avropalı parlamentarilər, azərbaycanlı alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.

DAK 1997-ci ildə ABŞ-da təsis edilib. Konqresin fəaliyyəti dünya azərbaycanlılarının hüquqlarının qorunmasına və Cənubi Azərbaycanın müstəqilliyinə yönəlib.

Xəbər lenti

Xəbər lenti